Yurçeviç: Azərbaycan millisinin bütün futbolçularının qiyməti Lobotka qədər yoxdur

Yurçeviç: Azərbaycan millisinin bütün futbolçularının qiyməti Lobotka qədər yoxdur Əlbəttə, bu nəticədən sonra nə isə demək çətindir. Amma təhlil etməyə çalışacağam. Əvvəla, rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyuna yaxşı başlasaq da, 8-ci dəqiqədə fərdi səhvdən sonra qol buraxdıq. Hər qol haqda danışmaq istəmirəm. Ramil Şeydayevin qolu ilə ümidləndik, Araz Abdullayevin yaxşı şansı var idi. Lobodkanın dəyəri 25 milyondur. Amma bizim futbolçuları toplasaq, o qədər etməz. Əlimizdən gələni etdik, amma hesab 1:4 olduqdan sonra oyun bitdi.
Futbol
11 İyun , 2019 22:41
Yurçeviç: Azərbaycan millisinin bütün futbolçularının qiyməti Lobotka qədər yoxdur

"Əlbəttə, bu nəticədən sonra nə isə demək çətindir. Amma təhlil etməyə çalışacağam. Əvvəla, rəqibi qələbə münasibətilə təbrik edirəm. Oyuna yaxşı başlasaq da, 8-ci dəqiqədə fərdi səhvdən sonra qol buraxdıq. Hər qol haqda danışmaq istəmirəm. Ramil Şeydayevin qolu ilə ümidləndik, Araz Abdullayevin yaxşı şansı var idi. Lobodkanın dəyəri 25 milyondur. Amma bizim futbolçuları toplasaq, o qədər etməz. Əlimizdən gələni etdik, amma hesab 1:4 olduqdan sonra oyun bitdi".

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç evdə Slovakiyaya 1:5 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə qrup matçından sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Sizə elə gəlmirmi ki, meydanda yalnız Ramil Şeydayev var idi və əvəzləmələriniz gecikdi?

- 1:5-dən sonra belə məsələləri müzakirə edə bilmərik. 55-60-cı dəqiqələrdən sonra dəyişiklik etməyi düşünürdüm. Yalnız Şeydayevin mübarizə apardığını düşünmürəm. Siz də, mən də məyusam.

1:5-dən sonra hansı hisləri keçirdiniz və bu nəticəyə görə azarkeşlərdən üzr istəmək fikriniz var?

- Əlbəttə, 85-ci dəqiqədə qol buraxmağımız böyük şok idi. Əlbəttə, böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəməliyəm.

Slovakiyanın heyətində 1 futbolçunun qiyməti 25 milyon avrodur. Amma Fransada Kilian Mbappenin qiyməti Türkiyənin heyətindən üstündür. Meydanda futbolu nə dollar, nə də avro oynayır. Sonuncu ev məğlubiyyəti 12 il əvvəl Serbiya ilə görüşdə olmuşdu - 1:6. Bu nəticəyə görə xəcalət çəkirsiniz?

- Əlbəttə, bu nəticə utancvericidir. Mən bunları səbəb yox, fakt kimi demək istərdim: Slovakiyalı futbolçular Avropa klublarında çıxış edirlər. Belə komandaya qalib gəlirsənsə, sənin xüsusi günün olmalıdır. Ən yaxşı baş məşqçilərdən biri (Qurban Qurbanov - red.) Malta ilə görüşdə çətinlik çəkmişdi.

Son xəbərlər

Orphus sistemi