Yuxarı
    Bağlamaq

    ​Yunanıstan derbisində insident baş verib

    Azarkeşlər rəqibə fişəng atdıqdan sonra meydana daxil olub

    Bakı. 23 fevral. REPORT.AZ/ Futbol üzrə Yunanıstan Super Liqasının XXV turunda keçirilən "Panatinaikos" - "Olimpiakos" matçından öncə insident yaşanıb. "Report"un məlumatına görə, qonaq "Olimpiakos"un məşqçi və futbolçularına fişəng atan azarkeşlər meydana daxil olub.

    Hadisə qonaqların prezidenti Evanqelos Marinakisin meydana çıxmasından sonra başlayıb. "Panatinaikos" azarkeşləri prezidenti fişəng atəşinə tutsalar da, klub rəhbəri mühafizəçilərin köməyi ilə meydandan uzaqlaşdırılıb. Daha sonra "Olimpiakos"un baş məşqçisi Vitor Pereyra rəqib azarkeşlərin olduğu tribunaya yaxınlaşaraq onlara əli ilə "gəl" işarəsi edib. Bu zaman meydana daxil olan "Gate 13" fan-klubunun üzvləri baş məşqçi və futbolçuları meydançada qovmağa başlayıblar. Polisin müdaxiləsindən sonra ara sakitləşib. Bu səbəbdən qarşılaşma 15 dəqiqə gec başlayıb.

    Matçın bitməsinə az qalmış "Olimpiakos"un futbolçusu Dominguesin vurduğu qoldan sonra meydan sahibləri azarkeşləri bu dəfə rəqib futbolçuları hədəfə alıb və onlara fişəng atıb. Qarşılaşma "Panatinaikos"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, XXV turdan sonra "Olimpiakos" 58 xalla turnir cədvəlinin birinci, "Panatinaikos" isə 55 xalla ikinci pilləsində qarşılaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi