Yuxarı

Azərbaycan yığmasının "Antalya Cup"dakı oyunlarının təqvimi müəyyənləşib

Komanda sonuncu görüşünü yanvarın 28-də keçirəcək

Bakı. 21 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyədə iştirak edəcəyi "Antalya Cup" turnirinin püşkü atılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda 4 oyun keçirəcək.

Yığmanın ilk rəqibi ukraynalı həmyaşıdları olacaq. Komanda sonuncu görüşünü yanvarın 28-də keçirəcək.

22 yanvar

19:00. Azərbaycan U-21 – Ukrayna U-21

"Arcadia" otelinin "C" meydançası

24 yanvar

17:00. Azərbaycan U-21 – Səudiyyə Ərəbistanı U-20

"Arcadia" otelinin "C" meydançası

26 yanvar

13:00. Azərbaycan U-21 – Albaniya U-21

"Su Səsi" otelinin "A" meydançası

28 yanvar

13:00. Azərbaycan U-21 – Bəhreyn U-20

"Su Səsi" otelinin "A" meydançası

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi