Bakı. 21 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Türkiyədə iştirak edəcəyi "Antalya Cup" turnirinin püşkü atılıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda 4 oyun keçirəcək.
Yığmanın ilk rəqibi ukraynalı həmyaşıdları olacaq. Komanda sonuncu görüşünü yanvarın 28-də keçirəcək.
22 yanvar
19:00. Azərbaycan U-21 – Ukrayna U-21
"Arcadia" otelinin "C" meydançası
24 yanvar
17:00. Azərbaycan U-21 – Səudiyyə Ərəbistanı U-20
"Arcadia" otelinin "C" meydançası
26 yanvar
13:00. Azərbaycan U-21 – Albaniya U-21
"Su Səsi" otelinin "A" meydançası
28 yanvar
13:00. Azərbaycan U-21 – Bəhreyn U-20
"Su Səsi" otelinin "A" meydançası