Yuxarı

Dünya çempionatından qayıdan yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub - FOTO - VİDEO

Yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub
© Foto: "Report"

Video əlavə olunub


*** 30.09.2019. 23:19

Heydər Əliyev adına Hava Limanında Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində uğurla çıxış edən yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, milli komandanın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideyinləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub. Belə ki, Azərbaycan millisi tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Fərdi yarışlarda isə Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) isə bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi