Dünya çempionatından qayıdan yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub - FOTO - VİDEO

Dünya çempionatından qayıdan yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub - FOTO - VİDEO Video əlavə olunub
Futbol
1 Oktyabr , 2019 13:24
Dünya çempionatından qayıdan yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub - FOTO - VİDEO
Foto: "Report"

Video əlavə olunub


*** 30.09.2019. 23:19

Heydər Əliyev adına Hava Limanında Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyində uğurla çıxış edən yeniyetmə cüdoçuların qarşılanma mərasimi olub.

"Report" xəbər verir ki, milli komandanın üzvlərini ictimaiyyət nümayəndələri, idmançıların valideyinləri, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin son günü Azərbaycan üçün əlamətdar olub. Belə ki, Azərbaycan millisi tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Fərdi yarışlarda isə Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) isə bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi