Yeni transferi "Səbail"ə Antalyada qələbə qazandırıb

Yeni transferi "Səbail"ə Antalyada qələbə qazandırıb Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Səbail futbol komandası son yoxlama oyununu keçirib.
Futbol
25 Yanvar , 2020 18:45
Yeni transferi Səbailə Antalyada qələbə qazandırıb

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" futbol komandası son yoxlama oyununu keçirib.

"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Polşa "Korona"sı ilə üz-üzə gəlib. 

"Miracle" otelinin meydanında təşkil olunmuş matçda Azərbaycan təmsilçisi qalib gəlib - 1:0. Yeganə qolu 89-cu dəqiqədə yeni transfer Hendrik Ekşteyn vurub.

Bununla da Antalya toplanışında ilk qələbə əldə olunub. Əvvəlki görüşlərində Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi