Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Səbail" futbol komandası son yoxlama oyununu keçirib.
"Report"un məlumatına görə, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Polşa "Korona"sı ilə üz-üzə gəlib.
"Miracle" otelinin meydanında təşkil olunmuş matçda Azərbaycan təmsilçisi qalib gəlib - 1:0. Yeganə qolu 89-cu dəqiqədə yeni transfer Hendrik Ekşteyn vurub.
Bununla da Antalya toplanışında ilk qələbə əldə olunub. Əvvəlki görüşlərində Qazaxıstanın "Jetisu" klubuna 0:1, Ukraynanın "Olimpik" (Donetsk) komandasına 1:3 hesabı ilə məğlub olan "Səbail" Rumıniya "Voluntari"si ilə heç-heçə edib - 2:2.