Yuxarı

Yeni kluba keçən futbolçu Azərbaycan millisindən ayrılıb

Yığmanın heyətində dəyişiklik baş verib

Bakı. 30 may. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Ufuk Budak yığmanın düşərgəsindən ayrılıb. 

Səbəb kimi Budakın yeni komandaya transfer olunma ehtimalı göstərilib. Baş məşqçi Robert Prosineçkinin razılığı əsasında o, millini tərk edib. 

Qeyd edək ki, Ufuk Budakın Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor"a keçəcəyi bildirilir. Onunla "Adanaspor" da maraqlanır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi