Yeni kluba keçən futbolçu Azərbaycan millisindən ayrılıb

Yeni kluba keçən futbolçu Azərbaycan millisindən ayrılıb Yığmanın heyətində dəyişiklik baş verib
Futbol
30 May , 2016 17:51
Yeni kluba keçən futbolçu Azərbaycan millisindən ayrılıb

Bakı. 30 may. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi Ufuk Budak yığmanın düşərgəsindən ayrılıb. 

Səbəb kimi Budakın yeni komandaya transfer olunma ehtimalı göstərilib. Baş məşqçi Robert Prosineçkinin razılığı əsasında o, millini tərk edib. 

Qeyd edək ki, Ufuk Budakın Türkiyə Super Liqasında mübarizə aparan "Kayserispor"a keçəcəyi bildirilir. Onunla "Adanaspor" da maraqlanır. 

Son xəbərlər

Orphus sistemi