Xorvatiya prezidenti dünya çempionatının finalında Luka Modriçdən daha populyar olub

Xorvatiya prezidenti dünya çempionatının finalında Luka Modriçdən daha populyar olub Bakı. 16 iyul. REPORT.AZ/ DÇ-2018-in final matçı zamanı Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç internetdə ölkəsinin yığma komandasının kapitanı Luka Modriçdən daha populyar olub.
Futbol
16 İyul , 2018 16:25
Xorvatiya prezidenti dünya çempionatının finalında Luka Modriçdən daha populyar olub

Bakı. 16 iyul. REPORT.AZ/ DÇ-2018-in final matçı zamanı Xorvatiyanın prezidenti Kolinda Qrabar-Kitaroviç internetdə ölkəsinin yığma komandasının kapitanı Luka Modriçdən daha populyar olub.

“Report”un məlumatına görə, bu barədə “Mediatoolkit”in direktoru Tomislav Qrubişiç şəxsi “facebook” səhifəsində yazıb. O qeyd edib ki, ölkə başçısının adı mundialın ən yaxşı oyunçusu seçilən yarımmüdafiəçi ilə müqayisədə 25 faiz çox çəkilib.

“Yarımfinalla müqayisədə, final axşamı Xorvatiyanın adı 30 faiz çox çəkilib. Bu, daha əvvəl Xorvatiyanın tarixində olmayan nəhəng rəqəmdir. Ancaq maraqlı bir sual var: prezidentimiz şoumuzu oğurlamadı ki? Rəqəmlərə baxsaq, onun Modriçlə müqayisədə 25 faiz çox yad edildiyini görərik. Xəbərlərin 80 faizi pozitiv xarakter daşıyıb”, - Qrubişiç yazıb.

Qeyd edək ki, finalda Fransa yığmasına 2:4 hesabı ilə məğlub olan Xorvatiya millisi tarixində ilk dəfə mundialın gümüş medallarını qazanıb.

Son xəbərlər

Orphus sistemi