Xorvatiya millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Xorvatiya millisinin baş məşqçisi ilə bağlı qərar verilib Bakı. 10 avqust. REPORT.AZ/ Zlatko Daliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisi postunda işini davam etdirəcək.
Futbol
10 Avqust , 2018 12:19
Xorvatiya millisinin baş məşqçisi ilə bağlı qərar verilib

Bakı. 10 avqust. REPORT.AZ/ Zlatko Daliç futbol üzrə Xorvatiya millisinin baş məşqçisi postunda işini davam etdirəcək.

“Report” Xorvatiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməklə bağlı qarşılıqlı razılaşma əldə olunub.

Baş məşqçi ilə gələn həftə İcraiyyə Komitəsinin iclasından sonra yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, Daliç 2017-ci ilin oktyabrından Xorvatiya millisinin sükanı arxasındadır. Onun rəhbərlik etdiyi kollektiv 2018-ci il dünya çempionatının finalında Fransa yığmasına 2:4 hesabı ilə uduzub və gümüş medalçı olub. 

Son xəbərlər

Orphus sistemi