Yuxarı

Xorvatiya Futbol İttifaqı Azərbaycan millisi ilə oyun ərəfəsində böhranla üzləşib

​Xorvatiya Futbol İttifaqı Azərbaycan millisi ilə oyun ərəfəsində böhr

Xorvatiya Futbol İttifaqı (HNS) böhranla üzləşib.

“Report” “Jutarnji List”ə istinadən xəbər verir ki, HNS-in prezidenti Davor Şukerlə qurumun İcraiyyə Komitəsi arasında problem yaranıb. Tanınmış veteran futbolçu Xorvatiyanın U-21 yığmasının baş məşqçisi Nenand Qraçanı Qoran Tomiçlə əvəzləmək istəyib. Lakin İcraiyyə Komitəsi 12 üzvü yekdilliklə onun təklifini rədd ediblər.

Bildirilir ki, Şuker İcraiyyə Komitəsinin etibarını itirib və onun postundan uzaqlaşdırılması mümkündür.

Qeyd edək ki, Şuker 2012-ci ildən Xorvatiya Futbol İttifaqına rəhbərlik edir. O, 2017-ci ilin dekabrında növbəti 4 il müddətinə bu posta seçilib. Xorvatiya yığması AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisi ilə üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi