Yuxarı

​"Xəzər Lənkəran" klubu bütün transferləri dondurub

Komanda CBC Sport Kubokundan imtina edib

Bakı. 12 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu bütün futbolçu transferlərini dondurub. Klubdan "Report"a verilən məlumata görə, hələlik heç bir futbolçunun komandaya keçidi və ya göndərilməsi gündəmdə deyil. 

Klubun transfer siyasətinə bir neçə gündən sonra aydınlıq gələcək.

Üstəlik, "Xəzər Lənkəran" yanvarın 14-də start götürəcək "CBC Sport Kuboku"nda iştirakdan da imtina edib. "Ağ-yaşıllar" qış təlim-məşq toplanışını Lənkəranda keçirəcək.

Qeyd edək ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, "Qarabağ" klubu istisna olmaqla, Premyer Liqanın digər 9 klubuna transfer qadağası qoyulub. Peşəkar Futbol Liqasına olan borclar ödənilməyənə qədər qərar qüvvədə qalacaq. "Xəzər Lənkəran" legionerlərə ödənilməmiş əmək haqları ilə əlaqədar FİFA tərəfindən də cərimələnib. Cərimələrin ödənilməsi üçün kluba yanvarın sonlarınadək vaxt verilib. Əvəzində ali futbol qurumu cənub təmsilçisinin daxili və beynəlxalq transferlərinə qoyduğu qadağanı götürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi