Yuxarı

​"Xəzər Lənkəran" heyətinə yeni futbolçu cəlb edib

Mirzağa Hüseynpur komandanın bugünkü məşqində iştirak edəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu baxışa yeni futbolçu cəlb edib. Klubdan "Report"a verilən məlumata görə, milli komandanın sabiq futbolçusu Mirzağa Hüseynpur "ağ-yaşıllar"ın bu gün keçiriləcək məşqində iştirak edəcək.

Hücumçu saat 16:00-da Lənkəran şəhər stadionunda ilk məşqinə çıxacaq. Mövsümün ilk hissəsini "Sumqayıt"ın heyətində keçirmiş M.Hüseynpurla müqavilə bir müddət əvvəl qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Rusiya "Rostov"unun yetirməsi olan hücumçu karyerası ərzində "Mitos" (Rusiyanın), Azərbaycanın "İnter", "Simurq" və "Sumqayıt" klublarında çıxış edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi