​"Xəzər Lənkəran" heyətinə yeni futbolçu cəlb edib

​"Xəzər Lənkəran" heyətinə yeni futbolçu cəlb edib Mirzağa Hüseynpur komandanın bugünkü məşqində iştirak edəcək
Futbol
19 Yanvar , 2016 12:38
​Xəzər Lənkəran heyətinə yeni futbolçu cəlb edib

Bakı. 19 yanvar. REPORT.AZ/ "Xəzər Lənkəran" klubu baxışa yeni futbolçu cəlb edib. Klubdan "Report"a verilən məlumata görə, milli komandanın sabiq futbolçusu Mirzağa Hüseynpur "ağ-yaşıllar"ın bu gün keçiriləcək məşqində iştirak edəcək.

Hücumçu saat 16:00-da Lənkəran şəhər stadionunda ilk məşqinə çıxacaq. Mövsümün ilk hissəsini "Sumqayıt"ın heyətində keçirmiş M.Hüseynpurla müqavilə bir müddət əvvəl qarşılıqlı razılıq əsasında ləğv olunub.

Qeyd edək ki, Rusiya "Rostov"unun yetirməsi olan hücumçu karyerası ərzində "Mitos" (Rusiyanın), Azərbaycanın "İnter", "Simurq" və "Sumqayıt" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi