Yuxarı

"Xəzər Lənkəran" Avropa Klublar Assosiasiyası üzvlüyündən kənarlaşdırılıb

Azərbaycanın 3 təmsilçisi qalıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Avropa Klublar Assosiasiyası (ECA) üzvlərinin tərkibində yenilənmə baş verib. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərinin sayı 3-ə enib.

Bu, "Xəzər Lənkəran"ın da üzvlükdən kənarlaşdırılmasından sonra baş verib. Ötən il isə "Bakı" ECA-dan çıxarılmış, yerini "Qarabağ" tutmuşdu. Hər iki klub artıq Azərbaycanın peşəkar futbol liqalarında təmsil olunmur. 

Qitə klublarını birləşdirən qurumda hazırda "Qarabağ" fövqəladə, AZAL və "Neftçi" isə assosiativ üzvdür.

Qeyd edək ki, ECA-nın ümumilikdə 53 milli assosiasiyadan 220 üzvü var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi