Xətai Bağırov: "Çempionlar Liqasındakı uğursuzluq Azərbaycan millisinə təsir etməyib"

Xətai Bağırov: "Çempionlar Liqasındakı uğursuzluq Azərbaycan millisinə təsir etməyib" Dünəndən məşqlərimiz başlayıb, hazırlıqlar gedir. Bu gün ikinci məşqimizdir. Rəqiblərə qarşı necə oynayacağımızı baş məşqçi bizə göstərir, tapşırıqlarını verir.
Futbol
17 Oktyabr , 2019 10:48
Xətai Bağırov: Çempionlar Liqasındakı uğursuzluq Azərbaycan millisinə təsir etməyib

"Dünəndən məşqlərimiz başlayıb, hazırlıqlar gedir. Bu gün ikinci məşqimizdir. Rəqiblərə qarşı necə oynayacağımızı baş məşqçi bizə göstərir, tapşırıqlarını verir".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Xətai Bağırov Bakıda keçiriləcək dünya çempionatının əsas mərhələsinə hazırlıq barədə danışarkən deyib. Təcrübəli oyunçu bildirib ki, "Araz"ın heyətində Çempionlar Liqasında uğursuz çıxışları milliyə psixoloji təsir etməyib: "Hər şey yaxşıdır. Düzdür, nəticələrimiz zəif oldu. Bu da məlum səbəblərdən idi. Oyunçularımıza viza verilmədi. Məcburiyyətdən beş nəfər oynayası olduq. Üç ardıcıl məğlubiyyət, əlbəttə, psixoloji təsir edir. Amma artıq yaxşı formaya düşmüşük. Yorğunluq var idi, istirahət edərək, özümüzə gəlmişik".

Bağırov rəqiblər barədə də danışıb: "Slovakiya və Moldova ilə əvvəllər də qarşılaşmışıq, onları tanıyırıq. Fikrimcə, yaxşı nəticə əldə etmək mümkündür. Öz meydanımızda oynayırıq. Rəqiblərə qarşı necə oynayacağımızı bilirik. Ümidvaram ki, hər şey yaxşı olacaq". 

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya ilə üz-üzə gələcək. Görüşlər Bakı İdman Sarayında təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi