Yuxarı
    Bağlamaq

    Xaqani Məmmədov: "Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələsinin növbəti turuna təyinat ala bilər"

    Belə olan halda ona dəvət gəlmə ehtimalı daha çoxdur

    Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından heç birinə təyinat almayacaq. Bu barədə "Report"a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, Ağayevin qitəmiqyaslı klub turnirinin 1/8 final mərhələsinə təyinat alması mümkünüdür: "Əliyar üçün Avropa Liqasının 1/16 final mərhələsi oyunlarına təyinat gəlmədi. Lakin növbəti mərhələyə dəvət olacağını istisna etmirəm. Düzdür, yarış sona yaxınlaşdıqca onun təyinat alma şansı bir o qədər azalır. Ancaq hər şey mümkündür. Məsələn, ola bilər ki, ilk görüşlərdən birində böyük hesablı qələbə qeydə alınsın və cavab matçı formallığa çevrilsin. Belə olan halda ona dəvət gəlməsi ehtimalı daha çoxdur".

    Komitə sədri bildirib ki, bu mövsümdə Avropa Liqasının qrup mərhələsinin "Roma" - "Astra", "Konyaspor" - "Braqa" və "Şalke" - "Nitsa" qarşılaşmalarını idarə edən azərbaycanlı FİFA referisinin həlledici matçlara təyinat alması real görünmür: "Onun 1/4 və yarımfinal mərhələlərinə, elcə də final görüşünə təyinat alması çətin məsələdir. Bu, inandırıcı deyil. Ağayevin DÇ-2018-in seçmə mərhələsinin növbəti turunun oyunlarından birinə baş hakim qismində təyinat alma şansı daha böyükdür".

    Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsinin növbəti - V turunun oyunları 24 - 26 martda keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi