"Vorskla"nın baş məşqçisi: "İlk hissədə müəyyən çətinliklər yaşadıq"

"Vorskla"nın baş məşqçisi: "İlk hissədə müəyyən çətinliklər yaşadıq" Bakı. 25 oktyabr. REPORT.AZ/ Oyundan öncə Qarabağın güclü rəqib olduğunu demişdim. İndi də eyni fikirdəyəm. İlk hissədə müəyyən çətinliklər yaşadıq. Xüsusən müdafiədən hücuma keçməklə bağlı. Bununla belə, istədiyimiz qolu vuraraq, qələbə qazana bildik
Futbol
25 Oktyabr , 2018 23:18
Vorsklanın baş məşqçisi: İlk hissədə müəyyən çətinliklər yaşadıq

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Oyundan öncə "Qarabağ"ın güclü rəqib olduğunu demişdim. İndi də eyni fikirdəyəm. İlk hissədə müəyyən çətinliklər yaşadıq. Xüsusən müdafiədən hücuma keçməklə bağlı. Bununla belə, istədiyimiz qolu vuraraq, qələbə qazana bildik"

"Report" xəbər verir ki, bunu Ukraynanın "Vorskla" klubunun baş məşqçisi Vasili Saçko Bakıda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 43 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- "Vorskla"nın oyunu belədir, yoxsa bu gün belə çıxış etdi?

- Bu gün hücumameylli oyunçularımızın xidmətlərindən məhrum olmuşduq. Birinci hissədə oyunumuz alınmadı. Daha çox müdafiədən oynayırdıq. Sevinirəm ki, 3 xal qazandıq. "Qarabağ"a isə növbəti oyunlarda uğurlar arzulayıram.

- "Vorskla" "Sportinq"lə oyunda 90 dəqiqə ərzində qalib gəlirdi. Uzatma dəqiqələrində isə 2 qol buraxaraq uduzdu. Bu gün də eyni ssenarinin təkrarlanacağını gözləyirdiniz?

- Komandaları müqayisə etmək istəməzdim. Hər iki komanda özünə görə güclü komandadır. Hər bir variantı nəzərdən keçirirdik. Bu gün 18 yaşlı futbolçumuz meydana çıxmışdı. Biz də heyətlə bağlı eksperiment etmişdik. Bu gün komandamızdan daha çoxunu gözləyirdik.

- Bugünkü qələbədən və "Arsenal"ın "Sportinq" üzərində qalibiyyətindən sonra qrupda 2-ci yeri tutma şanslarınız necədir?

- Qarşıdakı oyunlarda da xal toplamağa çalışacağıq. Biz də 3 cəbhədə mübarizə aparırıq. Belə turnirə çoxlu oyunçu və yaxşı ifaçılar lazımdır. Amma bizdə belə ehtiyat qüvvə azdır, əlimizdəkilərlə kifayətlənirik. Bununla belə, komandanın gücündən maksimum yararlanmağa çalışıram.

Son xəbərlər

Orphus sistemi