Yuxarı

"Qarabağ” - “Vorskla” oyunu qonaqların qələbəsi ilə başa çatıb - YENİLƏNİB-3

"Qarabağ” - “Vorskla” oyunu qonaqların qələbəsi ilə başa çatıb - YENİLƏNİB-3

Bakı. 25 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç qonaqları hesabda irəli çıxarıb: - 0:1.
Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər.


***22:02

UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyunda hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç qonaqları hesabda irəli çıxarıb: - 0:1.   


***21:42

UEFA Avropa Liqasının III turu çərçivəsində qarşılaşan “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyunun ilk hissəsi  başa çatıb.

"Report"un məlumatına görə, komandalar ikinci hissəyə qolsuz bərabərliklə yollanıblar.


***21:00

UEFA Avropa Liqasının III turu çərçivəsində qarşılaşan “Qarabağ” və Ukraynanın “Vorskla” komandaları arasında oyun başlayıb

“Report” xəbər verir ki, E qrupunda yer alan kollektivlər Bakı Olimpiya Stadionunda keçirilən matçda meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:

"Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simoen Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulah Zubir, 52. Jakub Jezniçak, 77. Donald Gerye

Baş məşqçi: Qurban Qurbanov

“Vorskla”: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Najip Yakubu, 6. Aleksandr Sklya, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 26. Yuri Kolomoyets, 44. Ardin Dallku (Kosovo), 82. Pavlo Rebenyo Baş məşqçi: Vasili Saçko

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi