Yuxarı

"Vorskla" klubu "Qarabağ"la oyundan əvvəl Ukrayna çempionatında qələbə qazanıb

"Vorskla" klubu "Qarabağ"la oyundan əvvəl Ukrayna çempionatında qələbə qazanıb

Bakı. 5 noyabr. REPORT.AZ/ "Vorskla" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin IV tur matçı ərəfəsində Ukrayna Premyer Liqasında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Poltava komandası çempionatın XIV tur matçında "Lvov"u məğlub edib - 2:0. Qolları 19-cu dəqiqədə Pavel Rebyonok, 39-cu dəqiqədə isə Nəcib Yakubu vurub.

Bu qələbə sayəsində "Vorskla" xallarını 24-ə çatdırsa da, yenə 4-cü pillədə qalıb. "Lvov" isə 17 xalla 7-cidir.

Turun mərkəzi görüşündə "Şaxtyor" Kiyev "Dinamo"sunu 2:1 hesabı ilə yenərək, xallarını 37-yə çatdırıb və liderliyini möhkəmlədib. "Dinamo" 29 xalla 2-ci pillədə qalıb. Evdə "Desna" ilə 1:1 hesablı heç-heçə edən "Aleksandriya" 27 xalla 3-cü yerdə gedir. Bu görüşdə meydan sahiblərinin heyətində Azərbaycan millisinin futbolçusu Pavel Paşayev oynamayıb.

Qeyd edək ki, "Vorskla" "Qarabağ"ı noyabrın 8-də Aleksey Butovski adına stadionda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 24:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi