"Vitess"in futbolçusu onu yıxan hakimə sarı vərəqə göstərib

"Vitess"in futbolçusu onu yıxan hakimə sarı vərəqə göstərib Bakı. 30 aprel. REPORT.AZ/ Niderlandın Vitess futbol komandasının hücumçusu Navaron For ölkə çempionatının Tvente ilə matçında onu yıxan hakimə sarı vərəqə göstərib.
Futbol
30 Aprel , 2018 05:51
Vitessin futbolçusu onu yıxan hakimə sarı vərəqə göstərib

Bakı. 30 aprel. REPORT.AZ/ Niderlandın "Vitess" futbol komandasının hücumçusu Navaron For ölkə çempionatının "Tvente" ilə matçında onu yıxan hakimə sarı vərəqə göstərib.

"Report" xəbər verir ki, bu barədə "RT" bildirib.

Məlumata görə, qəribə an qarşılaşmanın ikinci hissəsinin yarısında baş verib. Oyunun hakimi Yoahim Kamfeys təsadüfən Forla toqquşub. O isə öz növbəsində "Tvente"nin oyunçusu Adam Maherə ilişib.

İnsident tezliklə başa çatıb, amma ayağa qalxan For zarafatla hakimə sarı vərəqə göstərib.

Qarşılaşma "Vitess"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi