Bakı. 25 dekabr. REPORT.AZ/ Rusiya Futbol Ferasiyasının prezidenti Vitali Mutko tutduğu vəzifədən istefa verib.
"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qərarı, Mutko İcraiyyə Komitəsinin iclasında verib.
RFF-in prezidenti vəzifəsini icra etmək müvəqqəti olaraq qurumun baş direktoru Aleksandr Alayevə həvalə olunub.