Vitali Mutko FİFA Şurasına seçkilərdə iştirak etməyəcək

Vitali Mutko FİFA Şurasına seçkilərdə iştirak etməyəcək "Apellyasiyadan söhbət gedə bilməz"
Futbol
10 Mart , 2017 13:52
Vitali Mutko FİFA Şurasına seçkilərdə iştirak etməyəcək
Courtesy İmage

Bakı. 10 mart. REPORT.AZ/ Rusiya baş nazirinin müavini və Futbol İttifaqının (RFS) prezidenti Vitali Mutko FİFA Şurasına seçkilərə qatılmayacaq.

"Report"un məlumatına görə, V.Mutko TASS-a açıqlamasında FİFA-nın qərarından apellyasiya verməyəcəyini bildirib: "Mən yenidən seçilmək istəyirdim. Amma hazırda FİFA-da meyarlar bir qədər dəyişib. Siyasi bitərəflik kimi yeni meyar əlavə edilib. Onlar istəyirlər ki, təşkilat siyasi cəhətdən neytral olsun, müxtəlif ölkələrin dövlət qulluqçuları və hökumət rəsmiləri bütün orqanlara seçilməsinlər. Bu, onların hüququdur. Apellyasiyadan söhbət gedə bilməz. Bu, ictimai işdir, hər şey qaydasındadır".

Qeyd edək ki, Avropadan FİFA Şurasına seçkilər aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə UEFA Konqresi çərçivəsində baş tutacaq. Konqresdə UEFA İcraiyyə Komitəsi üzvləri də seçiləcək. Namizədlərdən biri AFFA-nın baş katibi Elxan Məmmədovdur.  

Son xəbərlər

Orphus sistemi