Vaqif Cavadov: "Özümə inanmasaydım, futbolu bitirərdim" - MÜSAHİBƏ

Vaqif Cavadov: "Özümə inanmasaydım, futbolu bitirərdim" - MÜSAHİBƏ Gəncə. 8 aprel. REPORT.AZ/ Meydana 3 xal üçün çıxmışdıq. Yaxşı oyun nümayiş etdirdik. Çətin olacağını bilirdik. Çünki Kəpəzə də xal lazımdır. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Məncə, qalib də gələ bilərdik. Heç-heçə də normaldır. Çempionat davam edir. Kəpəzə uğurlar arzulayıram.
Futbol
8 Aprel , 2018 00:19
Vaqif Cavadov: Özümə inanmasaydım, futbolu bitirərdim - MÜSAHİBƏ

Gəncə. 8 aprel. REPORT.AZ/ "Meydana 3 xal üçün çıxmışdıq. Yaxşı oyun nümayiş etdirdik. Çətin olacağını bilirdik. Çünki "Kəpəz"ə də xal lazımdır. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Məncə, qalib də gələ bilərdik. Heç-heçə də normaldır. Çempionat davam edir. "Kəpəz"ə uğurlar arzulayıram".

Bunu "Keşlə" komandasının futbolçusu Vaqif Cavadov Azərbaycan Premyer Liqasının XXII turunda Gəncədə "Kəpəz"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra "Report"un Qərb bürosuna müsahibəsi zamanı deyib.

O, daha sonra suallarımızı cavablandırıb

Qarşıdan "Sumqayıt"la Azərbaycan Kuboku və Premyer Liqada 3 oyun gəlir. Bu görüşlər barədə nə düşünürsünüz?

- Ciddi hazırlaşacağıq. Azərbaycan Kubokunda finala yüksəlmək istəyirik. Fikirlərimiz yalnız qarşıdakı oyunlara yönəlib.

"Kəpəz"lə oyunda 2 xal itirdiyinizi düşünmürsünüz?

- Xeyr. Bu, futboldur. Demək olmaz ki, 2 xal itirdik. Çoxlu qol imkanımız oldu. 1 xal da qazancdır. Komandaların mövqelərindən asılı olmayaraq, hazırda hər bir xal hamı üçün önəmlidir. Həm "Kəpəz"ə, həm də özümüzə uğurlar arzulayıram. Yaxşı hazırlaşaraq, ölkə kubokunda "Sumqayıt"ı üstələmək istəyirik.

Bu görüşdə öz komandanızın çıxışındakı hansı çatışmazlıqları qeyd edərdiniz?

- Oyun baxımından heç bir çatışmazlığımız yox idi. Sadəcə, əsas heyət futbolçularından bir neçəsi zədəli və ya cəzalı idi. Onların yoxluğu ciddi hiss olunmadı. Növbəti görüşlərdə onlar da qayıdacaqlar və birlikdə daha yaxşı oyun göstərməyə çalışacağıq.

Vurduğunuz qol özünüzə nə dərəcədə inam verdi və bu, növbəti oyunlarda çıxışlarınıza nə dərəcədə təsir göstərəcək?

- Mən həmişə özümə inanmışam. İnanmasaydım, futbolu bitirərdim. Qol vurmaq da, vurmamaq da mümkündür. Amma mən həmişə komandam üçün çalışmışam. Hələ hər şey irəlidədir. Əsas məsələ komandama xeyir vermək və öz oyunumu daha da yaxşılaşdırmaqdır. Sadəcə, məşq etmək və öz üzərimizdə işləmək lazımdır.

Son xəbərlər

Orphus sistemi