Vaqif Cavadov: "Millinin şərəfini can-başla qorumağa hazıram"

Vaqif Cavadov: "Millinin şərəfini can-başla qorumağa hazıram" Bakı. 12 may. REPORT.AZ/ Keşlənin futbolçusu Vaqif Cavadov evdə Qarabağa 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra brifinq keçirib.
Futbol
12 May , 2018 20:32
Vaqif Cavadov: Millinin şərəfini can-başla qorumağa hazıram

Bakı. 12 may. REPORT.AZ/ "Keşlə"nin futbolçusu Vaqif Cavadov evdə "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra brifinq keçirib.

Təcrübəli hücumçu "Report"un da suallarını cavablandırıb:

- Çempion üzərində böyük hesabla qələbə qazandınız. Matçı necə dəyərləndirirsiniz?

- Əlbəttə, qalib gəlmək həmişə xoşdur. Bu gün komandamız yaxşı oyun nümayiş etdirdi və belə qələbə əldə etdik. Hər oyuna eyni qaydada hazırlaşırıq. Son zamanlar daha yaxşı çıxış edirik. Bunu davam etdirmək istəyirik.

- "Qarabağ"ın futbolçuları digər klubların onlara qarşı xüsusi motivasiya ilə oynadıqlarını deyirlər. "Keşlə"nin aparıcı futbolçusu kimi bunu nə ilə əlaqələndirirsiniz?

- Əlbəttə, bu, normal haldır. "Qarabağ" çempion komandadır. Bəziləri özünü Qurban Qurbanova sübut etdirmək istəyir. Amma biz hər oyuna nəyə qadir olduğumuzu sübut etdirmək üçün çıxırıq. Deməzdim ki, bu oyuna xüsusi yanaşırdıq. Amma bilirik ki, güclü rəqibdir və ona görə hazırlaşmışdıq.

- Yəni, Qurban Qurbanov amili yox idi?

- Əlbəttə, hər bir amil var idi. Lakin az da olsa, oyundan-oyuna fərqlər də mövcuddur. Uşaqlar çalışırdılar ki, güclərini daha da yaxşı səviyyədə nümayiş etdirsinlər.

- Öz oyununuzda da yüksəliş var. Yenidən milliyə dəvət gözləyirsiniz?

- Mən heç kimə nəyisə sübut etmək istəmirəm. Öz oyunumu sərgiləyərək, komandama xeyir vermək niyyətindəyəm. Millinin şərəfini isə can-başla qorumağa hazıram. Lakin yığmaya dəvət almağım baş məşqçinin qərarıdır.

- Avrokuboklara buraxılmama təhlükəsi sizi narahat etmir?

- Bu, mənə aid sual deyil. İlk növbədə, finalda qalib gələk, sonra bu barədə düşünərik. Hələ final oyununadək vaxt var. Baxaq-görək necə olur.

Son xəbərlər

Orphus sistemi