Valverde: "Mənim əvvəlki kimi "Barselona" ilə müqaviləm var"

Valverde: "Mənim əvvəlki kimi "Barselona" ilə müqaviləm var" Bakı. 6 yanvar. REPORT.AZ/ Barselonanın baş məşqçisi Ernesto Valverde Kataloniya klubu ilə müqaviləsi barədə danışıb.
Futbol
6 Yanvar , 2019 12:31
Valverde: Mənim əvvəlki kimi Barselona ilə müqaviləm var

Bakı. 6 yanvar. REPORT.AZ/ "Barselona"nın baş məşqçisi Ernesto Valverde Kataloniya klubu ilə müqaviləsi barədə danışıb.

“Report” xəbər verir ki, onun sözlərini AS nəşri sitat gətirib:

"Mənim "Barselona" ilə qüvvədə olan müqaviləm var. Bu, daha bir il uzatmaq imkanı ilə iki illik müqavilədir. Mövsümün sonunda qərar qəbul etməli olacağam. İndi hələ mövsümün heç ortası deyil, lakin biz klubla bir-birimizi tam anlayırıq. Məğlub olan kimi, KİV sizin istefa ehtimalınızdan yazmağa başlayır. Lakin mənim əvvəlki kimi "Barselona" ilə müqaviləm var.

Demirəm ki, qərar qəbul etməli olan şəxs məhz mənəm. Bizim müqaviləmiz var və ona hörmət edəcəyik. Mən əvvəldən klubla yaxşı yola getmişəm".

"Barselona" 17 turdan sonra İspaniya çempionatında liderlik edir, komanda Çempionlar Liqasında isə 1/8 finalda "Lion"la qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi