Useyn Bolt Avstraliyanın futbol komandasının heyətində debüt edib

Useyn Bolt Avstraliyanın futbol komandasının heyətində debüt edib Bakı. 31 avqust. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu kimi növbəti oyununu keçirib.
Futbol
31 Avqust , 2018 17:55
Useyn Bolt Avstraliyanın futbol komandasının heyətində debüt edib

Bakı. 31 avqust. REPORT.AZ/ Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt peşəkar futbolçu kimi növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, 32 yaşlı yamaykalı sprinter Avstraliyanın yüksək dəstəsində çıxış edən “Sentral Kost Mariners” komandasının heyətində debüt edib. O, “Sentral Kost Football” komandası ilə yoxlama oyununun 71-ci dəqiqəsində meydana çıxıb.

Debüt matçında 95 nömrəli forma geyinən idmançı hücumun sol cinahında yer alıb. Oyun “Sentral Kost Mariners”in 6:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 2017-ci il dünya çempionatından sonra sprinter karyerasını başa vuran Bolt daha əvvəl Almaniyanın “Borussiya” (Dortmund) və Norveçin “Strömsqodset” klublarının məşqlərinə qatılıb. O, skandinaviyalıların gənclər komandasının heyətində bir yoxlama matçında da iştirak edib. Yamaykalı atletin bir müddət Cənubi Afrika Respublikasının “Mamelodi Sandaunz” klubunun da düşərgəsində yer alıb.

Son xəbərlər

Orphus sistemi