"Uotford"un kapitanı "Çelsi"yə vurduğu qolu qeyri-etik şəkildə qeyd edib

"Uotford"un kapitanı "Çelsi"yə vurduğu qolu qeyri-etik şəkildə qeyd edib Troy Dini 11 metrlik zərbədən sonra orta barmağını göstərib
Futbol
6 Fevral , 2018 05:21
Uotfordun kapitanı Çelsiyə vurduğu qolu qeyri-etik şəkildə qeyd edib

Bakı. 6 fevral. REPORT.AZ/ "Uotford" klubunun hücumçusu Troy Dani İngiltərə çempionatının 26-cı turunda "Çelsi"nin qapısına vurduğu qolu qeyri-etik formada qeyd edib.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, komandanın kapitanı 42-ci dəqiqədə 11 metrlikdən vurduğu qoldan sonra orta barmağını nümayiş etdirib.

Nəşr yazır ki, İngiltərə Futbol Assosiasiyası bu qeyri-etik jestlə bağlı araşdırma apara bilər.

Matça gəldikdə isə, "Uotford" "Çelsi"ni 4:1 hesabı ilə darmadağın edib.

Son xəbərlər

Orphus sistemi