Ukraynalı futbolçu "Qarabağ"ın rəqibindən imtina edib

Ukraynalı futbolçu "Qarabağ"ın rəqibindən imtina edib Konoplyanka PAOK-da çıxış etmək istəməyib
Futbol
29 Avqust , 2016 10:14
Ukraynalı futbolçu Qarabağın rəqibindən imtina edib

Bakı. 29 avqust. REPORT.AZ/ İspaniyanın "Sevilya" klubunun futbolçusu Yevgeniy Konoplyanka Yunanıstan PAOK-una keçməkdən imtina edib. "Report"un məlumatına görə, yarımmüdafiəçi Saloniki təmsilçisində icarə əsasında çıxış etmək istəməyib.

Bir müddət əvvəl 26 yaşlı futbolçu "Sevilya"nın heyətində meydana az çıxmasından narazılıq edib. O, 2015-ci ilin yayında Ukraynanın "Dnepr" klubundan transfer edilib.

Qeyd edək ki, PAOK Avropa Liqasının J qrupunda "Qarabağ"la yanaşı, İtaliyanın "Fiorentina" və Çexiyanın "Slovan" klubları ilə birgə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi