Ukrayna klubu "Qarabağ"la oyuna maliyyə problemləri ilə gəlir

Ukrayna klubu "Qarabağ"la oyuna maliyyə problemləri ilə gəlir Bakı. 22 oktyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın Vorskla klubunda maliyyə problemləri davam edir.
Futbol
22 Oktyabr , 2018 13:05
Ukrayna klubu Qarabağla oyuna maliyyə problemləri ilə gəlir
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın "Vorskla" klubunda maliyyə problemləri davam edir.

"Report" "Tribuna" nəşrinə istinadən xəbər verir ki, bir müddət əvvəl oyunçuların 5 aylıq maaşı ödənilsə də, klub yenə onlara borcludur. "Vorskla"nın 32 yaşlı qapıçısı Boqdan Şust maliyyə probleminin davam etdiyini bildirib: "Kiyev "Arsenal"ı ilə Ukrayna çempionatının 7 oktyabr oyunundan öncə klub bizə 5 aylıq borcları ödədi. Daha sonra başqa ödəniş olmadı. Klubun hələ də oyunçulara borcu var. İndi isə klub prezidenti və vitse prezident soyunub-geyinmə otağına gəlib bizə vəziyyətin sabit olduğunu və qalan borcların da tezliklə ödəniləcəyini dedi. Avropa Liqasında iştirak qarşılığında klubumuz müəyyən qədər vəsait qazanıb. Amma bizim bütün borclarımız ödənilməyib". 

Qeyd edək ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” - ”Vorskla” oyunu saat 20:55-də başlayacaq. Ukrayna klubu Bakıya görüşdən bir gün əvvəl gələcək

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi