Ueyn Runi İngiltərə millisindən kənarlaşdırılıb

Ueyn Runi İngiltərə millisindən kənarlaşdırılıb Buna kapitanın İspaniya ilə oyundan əvvəl səhərədək içməsi səbəb olub
Futbol
16 Noyabr , 2016 17:58
Ueyn Runi İngiltərə millisindən kənarlaşdırılıb

Bakı. 16 noyabr. REPORT.AZ/ "Mançester Yunayted" klubunun futbolçusu Ueyn Runi İspaniya yığması ilə yoldaşlıq görüşündən öncə İngiltərə milli komandasının heyətindən kənarlaşdırılıb. 

"Report"un "The Sun"a istinadən verdiyi məlumata görə, buna 31 yaşlı hücumçunun oyundan əvvəl barda sərxoş halda fotolarının üzə çıxması səbəb olub.

Yığmanın qaldığı oteldə toy mərasimi keçirilib. Yığmanın kapitanı tədbirə məşq paltarında qatılıb və xeyli içib. Runi səhərədək barda pivə və çaxır qəbul edib. Mənbə gecədən fotoları da təqdim edib.

Qeyd edək ki, İngiltərə yığmasının baş məşqçi əvəzi Qaret Sautgeyt Ueyn Runinin İspaniya yığmasına qarşı oynamamasını zədə ilə əlaqələndirib. Qarşılaşmada isə qalib müəyyənləşməyib - 2:2.

Son xəbərlər

Orphus sistemi