UEFA “Spartak” klubunun braziliyalı hücumçusunu üç oyunluq cəzalandırıb

UEFA “Spartak” klubunun braziliyalı hücumçusunu üç oyunluq cəzalandırıb Bakı. 27 avqust. REPORT.AZ/ UEFA-nın İntizam Komitəsi Rusiyanın “Spartak” klubunun futbolçusu Luis Adrianonu üç oyunluq diskvalifikasiya edib.
Futbol
27 Avqust , 2018 20:54
UEFA “Spartak” klubunun braziliyalı hücumçusunu üç oyunluq cəzalandırıb

Bakı. 27 avqust. REPORT.AZ/ UEFA-nın İntizam Komitəsi Rusiyanın “Spartak” klubunun futbolçusu Luis Adrianonu üç oyunluq diskvalifikasiya edib.

“Report” qurumun saytına istinadən xəbər verir ki, buna braziliyalı hücumçunun Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda kobud davranışı səbəb olub.

O, avqustun 14-də Moskvada Yunanıstan PAOK-na qarşı baş tutan görüşün 33-cü dəqiqəsində rəqib futbolçuya dirsəklə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.

Beləliklə, L.Adriano "Spartak"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi 6 oyundan üçünü buraxmalı olacaq.

Son xəbərlər

Orphus sistemi