UEFA Şotlandiya klubuna qarşı intizam işi açıb

UEFA Şotlandiya klubuna qarşı intizam işi açıb Bakı. 6 dekabr. REPORT.AZ/ UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb.
Futbol
6 Dekabr , 2018 19:24
UEFA Şotlandiya klubuna qarşı intizam işi açıb

Bakı. 6 dekabr. REPORT.AZ/ UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunda İspaniya “Vilyarreal”ı ilə ev oyunu zamanı davranışlarıdır. 

“Reyncers” matç zamanı azarkeşlərin meydana daxil olmasına və kənar əşyaların atılmasına görə cəzalana bilər.

UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.

Qeyd edək ki, oyunda hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi