Bakı. 6 dekabr. REPORT.AZ/ UEFA Şotlandiyanın “Reyncers” klubuna qarşı intizam işi açıb.
“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının V turunda İspaniya “Vilyarreal”ı ilə ev oyunu zamanı davranışlarıdır.
“Reyncers” matç zamanı azarkeşlərin meydana daxil olmasına və kənar əşyaların atılmasına görə cəzalana bilər.
UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.
Qeyd edək ki, oyunda hesab açılmayıb.