UEFA Rusiya klubuna dopinq xəbərdarlığı edib

UEFA Rusiya klubuna dopinq xəbərdarlığı edib Bakı. 3 aprel. REPORT.AZ/ UEFA Rusiyanın Zenit klubuna xəbərdarlıq edib.
Futbol
3 Aprel , 2018 18:07
UEFA Rusiya klubuna dopinq xəbərdarlığı edib

Bakı. 3 aprel. REPORT.AZ/ UEFA Rusiyanın "Zenit" klubuna xəbərdarlıq edib.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb komandanın futbolçusu Dmitri Polozun dopinq yoxlanışında iştirak etməməsidir. UEFA hücumçunu Avropa Liqasının 1/16 finalının ilk matçında "Seltik"lə oyunda dopinq müayinəsinə çağırsa da, 27 yaşlı futbolçu birbaşa paltardəyişmə otağına gedib.

Qeyd edək ki, Avropa Liqasının 1/16 final mərhələsinin ilk matçında "Seltik" "Zenit"i 1:0 hesabı ilə məğlub edib. Cavab matçında isə Rusiya təmsilçisi 3:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.

Son xəbərlər

Orphus sistemi