Yuxarı

UEFA "Qəbələ" və "Qarabağ"ın pulunu ödəyib

Hər klub 2.6 milyon avro qazanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Liqası turnirinin qrup mərhələsində çıxış etməsi ilə əlaqədar "Qarabağ" və "Qəbələ"nin qazandığı məbləğ hesaba köçürülüb. 

"Report" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, həmin vəsait hər bir klub üçün 2,6 milyon avro təşkil edir.

Qeyd edək ki, "Qəbələ" 4 mərhələ keçərək, "Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra "pley-off" oyununda qalib gələrək Avropa Liqasının qrupuna vəsiqə qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi