Yuxarı

​UEFA Putin haqqında mahnıya görə Ukrayna Futbol Federasiyasını cəzalandıracaq

Məsələyə noyabrın 13-də UEFA-nın İntizam Komitəsinin iclasında baxılacaq

Bakı. 9 noyabr. REPORT.AZ/ UEFA Avro-2016-nın seçmə oyunu zamanı komanda azarkeşlərinin davranışları ilə bağlı Belarus və Ukrayna futbol federasiyalarına qarşı intizam işinə başlayıb.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, BFF fanatların siyasi mahiyyətli atmacardan istifadə etməsi, həmçinin oyunda təhlükəsizliyin kifayət qədər təmin edilməməsi səbəbindən cəzalandırıla bilər.

UFF isə azarkeşlərin siyasi mövzuda şüarlar səsləndirməsi və stadiona pirotexnika atmalarında günahlandırılır.

Belorus və Ukrayna azarkeşlərinin davranışlarına noyabrın 13-də UEFA-nın İntizam Komitəsinin iclasında baxılacaq.

Qeyd edək ki, sözügedən oyun zamanı hər iki komandanın azarkeşləri Rusiya prezidenti Vladimir Putin haqqında məşhur mahnı oxuyublar

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi