​UEFA Putin haqqında mahnıya görə Ukrayna Futbol Federasiyasını cəzalandıracaq

​UEFA Putin haqqında mahnıya görə Ukrayna Futbol Federasiyasını cəzalandıracaq Məsələyə noyabrın 13-də UEFA-nın İntizam Komitəsinin iclasında baxılacaq
Futbol
9 Noyabr , 2014 11:30
​UEFA Putin haqqında mahnıya görə Ukrayna Futbol Federasiyasını cəzalandıracaq
Bakı. 9 noyabr. REPORT.AZ/ UEFA Avro-2016-nın seçmə oyunu zamanı komanda azarkeşlərinin davranışları ilə bağlı Belarus və Ukrayna futbol federasiyalarına qarşı intizam işinə başlayıb.

"Report" İTAR-TASS-a istinadən xəbər verir ki, BFF fanatların siyasi mahiyyətli atmacardan istifadə etməsi, həmçinin oyunda təhlükəsizliyin kifayət qədər təmin edilməməsi səbəbindən cəzalandırıla bilər.

UFF isə azarkeşlərin siyasi mövzuda şüarlar səsləndirməsi və stadiona pirotexnika atmalarında günahlandırılır.

Belorus və Ukrayna azarkeşlərinin davranışlarına noyabrın 13-də UEFA-nın İntizam Komitəsinin iclasında baxılacaq.

Qeyd edək ki, sözügedən oyun zamanı hər iki komandanın azarkeşləri Rusiya prezidenti Vladimir Putin haqqında məşhur mahnı oxuyublar

Son xəbərlər

Orphus sistemi