Yuxarı

UEFA prezidenti: "AVRO-2020-ni tarixin ən yaxşısı edəcəyik"

UEFA prezidenti: "AVRO-2020-ni tarixin ən yaxşısı edəcəyik"

Bakı. 7 fevral. REPORT.AZ/ UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatını tarixdə ən yaxşı yarış olmasını istəyir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksandr Ceferin İtaliyanın paytaxtı Romadakı 43-cü Konqresdə bildirib.

"12 milli assosiasiyanın birliyi və peşəkarlığı sayəsində biz AVRO-2020-ni tarixin ən yaxşısı edəcəyik. Avropanın nümunəvi tolerantlığını və birliyini göstərməliyik", - deyə UEFA rəhbəri vurğulayıb.

Ceferinin sözlərinə görə, UEFA qadın futbolunu yeni bir səviyyəyə gətirmək istəyir. "Bəlkə, 2030-cu ildəki dünya çempionatı qitəmizdə keçiriləcək".

Qadınlar arasındakı mundial bu il 7 iyun - 7 iyul tarixlərində Fransada baş tutacaq.

Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 68 700 nəfərlik arenada matçlar müvafiq olaraq iyunun 13-də, iyunun 17-də, iyunun 21-də və iyulun 4-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi