Yuxarı

UEFA-nın əmsallar cədvəli: Azərbaycan Bolqarıstan və Sloveniyanı arxada qoydu

Qarabağ və Qəbələ ötən gün ölkəyə 1,5 xal qazandırıblar

Bakı. 21 Avqust. REPORT.AZ/ Azərbaycan UEFA-nın əmsallar cədvəlində Bolqarıstan və Sloveniyanı arxada qoyaraq 26-cı pilləyə yüksəlib.

"Report" xəbər verir ki, Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəyə növbəti xalları qazandırıblar.

Belə ki, "Qarabağ" səfərdə İsveçrənin "Young Boys" klubu üzərində qələbə qazanmaqla 1, "Qəbələ" isə evdə Yunanıstanın "Panatinaikos" kollektivi ilə heç-heçə etməklə 0,5 xal qazanmağa nail olub. Ümumilikdə qazanılan 1,5 xal ölkənin reytinq cədvəlində 26-cı pilləyə yüksəlməsi ilə nəticələnib.

Hazırda Azərbaycanın hesabında 13.250 reytinq xalı var və o ən yaxın izləyicisindən 0,125 xal öndədir. Lakin qeyd edək ki, hazırda Bolqarıstan və Sloveniyanın bütün klubları Avropa kuboklarında mübarizəni dayandırıb. Əvəzində isə 29 və 30-cu pillələrdə qərarlaşan Serbiya və Slovakiyanın müvafiq olaraq 2 və 1 təmsilçisi avrokuboklarda çıxışını davam etdirdiyindən, onların xal qazanması və ya mərhələ adlaması Azərbaycan üçün təhlükəli ola bilər.

Reytinq cədvəlində Azərbaycanın növbəti hədəfə aldığı ölkə isə Norveçdir (16.250). Hazırda ölkəmizi bu rəqibdən 3 reytinq xalı ayırır və üstəlik bu ölkənin 3 təmsilçisi hələ ki, avrokuboklarda mübarizəni davam etdirir.

Qeyd: Klublar təsnifat mərhələlərində qələbəyə görə 1 xal, heç-heçəyə görə isə - 0,5 xal, eyni zamanda qrup mərhələlərində 1 qələbəyə görə 2 xal, heç-heçəyə görə isə 1 xal qazanırlar.

Mövsüm ərzində toplanan xallar ölkəni təmsil edən klubların ümumi sayına bölünür (Azərbaycan klublarının sayına) və yekun rəqəm ölkənin hesabına əlavə edilir.


ÖlkəXal Qalıb  11/1212/1314/1515/16 Ümumi +/-
1İspaniya18.57/720.85717.71423.00020.2142.64284.427
  
2Almaniya157/715.25017.92814.71415.8572.14265.891
  
3İngiltərə197/815.25016.42816.78513.5712.37564.409
  
4İtaliya105/611.35714.41614.16619.0001.66660.605
  
5Portuqaliya11.55/611.83311.7509.9169.0831.91644.498
  
6Fransa14.56/610.50011.7508.50010.9162.41644.082
  
7Rusiya105/59.7509.75010.4169.6662.00041.582
  
8Ukrayna9.54/57.7509.5007.83310.0001.90036.983
  
9Belçika94/510.1006.5006.4009.6001.80034.400
  
10Niderland84/613.6004.2145.9166.0831.33331.146
  
11Türkiyə83/55.10010.2006.7006.0001.60029.600
  
12İsveçrə5.54/56.0008.3757.2006.9001.10029.575
  
13Çexiya8.54/55.2508.5008.0003.8751.70027.325
  
14Yunanıstan115/57.6004.4006.1006.2002.20026.500
  
15Rumıniya82/44.3336.8006.8755.1252.00025.133
  
16Avstriya73/57.1252.2507.8004.1251.40022.700
  
17Xorvatiya112/43.7504.3754.3756.8752.75022.125
  
18Kipr9.51/49.1254.0002.7503.3002.37521.550
   
19Polşa132/46.6252.5003.1254.7503.25020.250
  
20İsveç121/42.9005.1253.2003.9003.00018.125
   
21Belarus10.52/43.1254.5001.7505.5002.62517.500
  
22İsrail4.51/46.0003.2505.7501.3751.12517.500
  
23Şotlandiya91/42.7504.3003.2504.0002.25016.550
  
24Danimarka13.52/43.1003.3003.8002.9003.37516.475
  
25Norveç173/42.3004.9002.6002.2004.25016.250
  
26AZƏRBAYCAN112/41.3753.0002.5003.6252.75013.250
Qəbələ (AL)4.0
Qarabağ (ÇL/AL)3.0
İnter (Bakı) (AL)3.0çıxıb
Neftçi (AL)1.0çıxıb
27Bolqarıstan40/41.5000.7505.6254.2501.00013.125
   
28Sloveniya40/42.2503.2502.6254.0001.00013.125
   
29Serbiya102/42.1253.0002.5002.7502.50012.875
  
30Slovakiya151/42.3751.5001.6252.7503.75012.000
  
31Qazaxıstan92/41.6251.3753.1253.3752.25011.750
  
32Lixtenşteyn50/12.0000.0001.0002.5005.00010.500
   
33Macarıstan6.51/42.2503.0000.8752.1251.6259.875
   
34Moldova51/40.5002.2503.3751.7501.2509.125
  
35İslandiya4.50/41.3751.2502.5002.5001.1258.750
   
36Gürcüstan2.50/42.8751.5001.8751.2500.6258.125
   
37Finlandiya3.51/41.5002.0000.5002.4000.8757.275
  
38Bosniya-Hersoqovina60/41.1251.2501.5001.7501.5007.125
   
39Albaniya6.51/40.8750.7502.0000.8751.6256.125
  
40Makedoniya61/41.6251.2500.5001.1251.5006.000
  
41İrlandiya3.50/51.5001.0000.2502.0000.7005.450
   
42Latviya6.50/40.6251.2501.6250.2501.6255.375
   
43Lüksemburq30/41.1251.3751.5000.5000.7505.250
   
44Monteneqro40/40.5001.3751.2500.7501.0004.875
   
45Litva30/41.0001.1251.2500.5000.7504.625
   
46Şimali İrlandiya30/40.5001.0000.8751.3750.7504.500
   
47Estoniya40/40.3750.3751.0001.5001.0004.250
   
48Ermənistan6.50/40.1250.8751.1250.3751.6254.125
   
49Farer adaları1.50/40.5000.5000.8751.3750.3753.625
   
50Malta3.50/40.8330.8750.8750.1250.8753.583
   
51Uels60/40.6250.5000.7500.1251.5003.500
   
52Cəbəllütariq1.50/20.0000.0000.0000.2500.7501.000
   
53Andorra0.50/30.0000.0000.3330.5000.1660.999
   
54San-Marino00/30.0000.0000.3330.0000.0000.333
   
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi