Yuxarı

​UEFA Azərbaycan millisinin növbəti rəqibini cəzalandırıb

İntizam Komitəsi Moldova Futbol Federasiyasını 15 min avro cərimələyib

Bakı. 23 oktyabr. REPORT.AZ/ UEFA-nın İntizam Komitəsi Moldova Futbol Federasiyasını (FMF) cəzalandırıb. "Report"un məlumatına görə, buna AVRO-2016-nın seçmə qrup mərhələsində Moldovada Rusiya yığmasına qarşı keçirilən oyunda yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi və irqçi şüarlar səsləndirməsi səbəb olub. 

FMF 15 min avro cərimələnib, Moldova yığmasının növbəti ev oyununda stadionun azarkeş sektorlarından birinin bağlanmasına qərar verilib.

Qeyd edək ki, moldovalı azarkeşlər tribunalarda olarkən təhqiredici mahnılar, siyasi şüarlar səsləndirib və siyasi əhəmiyyət daşıyan pankartlar açıblar. Üstəlik, fanatlar öz sektorlarına qadağan olunmuş simvollar yerləşdiriblər. Moldova millisi noyabrın 17-də Bakıda Azərbaycan yığmasının qonağı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi