UEFA Azərbaycan milli komandasının ev oyunlarının çəkilişini "CBC Sport"a həvalə edib

UEFA Azərbaycan milli komandasının ev oyunlarının çəkilişini "CBC Sport"a həvalə edib Bu barədə bir yaşını qeyd etməyə hazırlaşan telekanalın direktoru məlumat verib
Futbol
30 Sentyabr , 2016 15:11
UEFA Azərbaycan milli komandasının ev oyunlarının çəkilişini CBC Sporta həvalə edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki ev oyunlarının çəkilişlərini "CBC Sport" telekanalı aparacaq.

Bu barədə "Report"a kanalın baş direktoru Volkan Üst məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı UEFA ilə razılıq əldə olunub: "Milli komandanın evdə keçirdiyi oyunların çəkilişini biz həyata keçirəcəyik. Kameralar, yayımın rejissorları və lazım olan digər avadınlıq bizim kanaldan olacaq. Lakin oyunların yayımı İTV-də olacaq. "CBC Sport" qısa müddət ərzində beynəlxalq yarışlar, müxtəlif turnirləri tamaşaçılara təqdim edib. UEFA bu məsuliyyətli işi də bizə həvalə etdi".

Oktyabrın 1-də bir yaşını qeyd edəcək kanalın direktoru gələcək planlardan da danışıb: "Məndən əvvəl baş direktor vəzifəsində İlham Rüstəmov çalışırdı. O da daxil olmaqla, bu kanalda hər kəs komanda şəklində çalışıb və çalışmaqdadır. Bu gün də işimizi komanda olaraq davam etdiririk. Təbii ki, təsisçilərin əməyi böyükdür. Bir yaş münasibətilə Peşəkar Futbol Liqasının əməkdaşları bizi təbrik edib. Mətbuatdan ilk təbrik edən siz oldunuz. Bacardığımız qədər yaxşı və keyfiyyətli iş görməyə çalışırıq. Gələcək planlaral gəlincə, əsas işimiz Azərbaycan Premyer Liqası ilə bağlıdır. Çempionatı daha maraqlı işıqlandırmaq, azarkeşlərdə maraq oyatmaq və bu işləri keyfiyyətlə görməyə çalışacağıq".

Son xəbərlər

Orphus sistemi