UEFA "Liverpul" klubunu cəzalandıra bilər

UEFA "Liverpul" klubunu cəzalandıra bilər Bakı. 5 aprel. REPORT.AZ/ UEFA İntizam Komitəsi İngiltərənin Liverpul klubuna qarşı intizam işi açıb.
Futbol
5 Aprel , 2018 19:14
UEFA Liverpul klubunu cəzalandıra bilər

Bakı. 5 aprel. REPORT.AZ/ UEFA İntizam Komitəsi İngiltərənin "Liverpul" klubuna qarşı intizam işi açıb.

"Report"un məlumatına görə, buna səbəb klub azarkeşlərinin Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Mançester Siti" ilə oyunda rəqib komandanın avtobusuna şüşə və pirotexniki vasitələr atmasıdır.

Qeyd edək ki, "Liverpul" bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Cavab qarşılaşması isə aprelin 10-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi