Yuxarı

UEFA Çempionlar Liqasındakı mübahisəli epizodlara dair izahat verib

UEFA-dan VAR izahatı

Bakı. 8 mart. REPORT.AZ/ UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk 4 cavab görüşündən 3-də mübahisəli epizodlara dair qəbul olunmuş qərarların izahatını verib.

"Report"un məlumatına görə, Avropa futbol qurumu VAR və hakimlərin düzgün addım atdıqlarını bildirib.

"Real Madrid" (İspaniya) - "Ayaks" (Hollandiya)

62-ci dəqiqədə topun meydandan çıxıb-çıxmaması

VAR briqadası müxtəlif rakurslardan çəkilmiş bütün mümkün görüntü və təkrarları incələyib. Bunlardan heç biri topun meydandan çıxdığına dair şəksiz sübut üzə çıxarmayıb. Optimal mövqedə olan yan xətt hakimi də təsdiqləyib ki, top yan xətti tam keçməyib. Bu səbəbdən, topun meydanı tərk edib-etmədiyinə baxmağa ehtiyac duyulmayıb. Ona görə də almaniyalı referi Feliks Brıx epizoda müdaxilə etməyərək qolu hesaba almaqla düzgün qərar verib.

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)

116-cı dəqiqədə penaltinin təyin olunması

"Oyundankənar vəziyyət"in yoxlanılaraq hücum edən futbolçunun ofsaydda olmadığının təsdiqlənməsindən sonra VAR referidən soruşub ki, "Roma"nın müdafiəçisi tərəfdən rəqibin ləngiməsini görübmü? Baş hakim isə oyun dinamikasında ləngiməni hiss etmədiyini təsdiqləyib. O, epizodun təkrarına meydan hüdudlarından baxmaq üçün görüntü hazırlamasını xahiş edib. Nəticədə referi əmin olub ki, rəqibi ləngitməyə görə penalti təyin olunmalı idi.

121-ci dəqiqədə VAR-ın müdaxiləsinin olmaması

Baş hakim hadisələrə yaxın olub, oyun dinamikasında potensial insidenti şəxsən görüb və qayda pozuntusunun olmadığını müəyyənləşdirib. Bununla belə, referi VAR-a mümkün rakurslardan baxmağa daha çox vaxt vermək üçün oyunu dayandırmağı qərara alıb. VAR yoxlaması aparılıb, təkrarlar incələnib, amma aydın qayda pozuntusu aşkarlanmayıb. VAR referini məlumatlandırıb ki, yoxlama açıq-aşkar səhv üzə çıxarmayıb. Bu səbəbdən, müdaxilə və meydanın kənarından VAR baxışı üçün əsas yoxdur.

PSJ (Fransa) - "Mançester Yunayted" (İngiltərə)

90-cı dəqiqədə penaltinin təyin olunması

VAR müxtəlif künclərdən çəkilmiş mümkün təkrarları öyrənib və baş hakimə tövsiyə edib ki, epizoda cərimə meydançası hüdudlarından baxsın. Referi oyun dinamikasında epizodu dəqiq qiymətləndirə bilmədiyindən, o, epizoda VAR protokoluna əsasən yenidən baxıb. Baxışdan sonra baş hakim topun uçuş məsafəsinin qısa və zərbənin gözlənilməz olmadığını təsdiqləyib. Müdafiəçinin əli öz korpusuna sıxılmayıb və bu, müdafiəçiyə bədənin sahəsini böyütmək imkanı verib. Bunun sayəsində topun qapı istiqamətinə uçuşu dayandırılıb. Bu səbəbdən, baş hakim penalti təyin edib.

UEFA bütün qərarların VAR protokoluna tam uyğun olaraq qəbul edildiyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi