​UEFA Çempionlar Liqasında ilk turun oyunları keçirilib - VİDEO

​UEFA Çempionlar Liqasında ilk turun oyunları keçirilib - VİDEO Turun mərkəzi görüşü Mançester şəhərində baş tutub
Futbol
16 Sentyabr , 2015 02:06
​UEFA Çempionlar Liqasında ilk turun oyunları keçirilib - VİDEO

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2015/2016-cı illər mövsümünə start verilib.

"Report" xəbər verir ki, ilk turun mərkəzi görüşü İngiltərənin Mançester şəhərində baş tutub.

Burada yerli "Mançester Siti" klubu İtaliyanın "Yuventus" kollektivini qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib gələn tərəf Turin təmsilçisi olub.

Çempionlar Liqası, I tur

A Qrupu

"Real Madrid" (İspaniya) – "Şaxtyor" (Ukrayna) – 4:0

Qollar: Benzema, 30 (1:0); Ronaldo, 54 (2:0, pen); Ronaldo, 63 (3:0, pen); Ronaldo, 81 (4:0).

PSJ (Fransa) – "Malmö" (İsveç) – 2:0

Qollar: Di Mariya, 4 (1:0); Kavani, 61 (2:0).

B Qrupu

"PSV Eindhoven" (Hollandiya)- "Mançester Yunayted" (İngiltərə) - 2-1

Qollar: Memphis Depay, 41 (1:0), Hector Moreno, 45 (1:1), Luciano Narsingh, 57 (2-1)

"Volfsburq" (Almaniya) – ÇSKA (Rusiya) – 1:0

Qol: Draxler, 40 (1:0).

C Qrupu

"Qalatasaray" (Türkiyə) – "Atletiko M" (İspaniya) – 0:2

Qollar: Qrizmann, 18 (0:1); Qrizmann, 25 (0:2).

"Benfika" (Portuqaliya) – "Astana" (Qazaxıstan) – 2:0

Qollar: Qaytan, 51 (1:0); Mitroğlu, 62 (2:0).

D Qrupu

"Sevilya" (İspaniya) – "Borussiya M" (Almaniya) 3:0

"Mançester Siti" (İngiltərə) – "Yuventus" (İtaliya) - 1:2

Qollar: Kyellini, 57 (1:0), Mancukiç, 70 (1:1), Morata, 81 (1:2).

Son xəbərlər

Orphus sistemi