Yuxarı
    Bağlamaq

    UEFA Çempionlar Liqasında II tura yekun vurulub

    İkinci oyun günündə 8 qarşılaşma keçirilib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında II tura yekun vurulub. 

    "Report"un məlumatına görə, ikinci oyun günündə 8 qarşılaşma keçirilib.

    Türkiyənin "Beşiktaş" klubu Ukrayna "Dinamo"sunu qəbul edib. İstanbul komandası "Benfika" ilə səfər matçında olduğu kimi, 1:1 hesablı heç-heçə edib. Ancaq bu dəfə "Qara qartal" hesabı açan tərəf olub.

    Gecənin daha bir maraqlı oyunu İspaniyada baş tutub. Madrid "Atletiko"su Almaniyanın "Bavariya" klubunu yeganə qolla məğlub edib.

    Günün ən məhsuldar matçı Şotlandiyada olub. "Seltik"lə "Mançester Siti" arasında Britaniya derbisi 3:3 hesablı bərabərliklə nəticələnib. Bu qrupun digər oyununda "Barselona" əzmkar qələbə qazanıb. Türkiyə yığmasının kapitanı Arda Turan vurduğu qolla qələbədə pay sahibi olub.

    Çempionlar Liqası, qrup mərhələsi, II tur

    A qrupu

    22:45. "Arsenal" (İngiltərə) - "Bazel" (İsveçrə) - 2:0

    Qollar: Teo Uolkot, 7, 26

    22:45. "Ludoqorets" (Bolqarıstan) - PSJ (Fransa) - 1:3

    Qollar: Natanael, 16 - Bleyz Matyudi, 41, Edison Kavani, 55, 60

    Xal durumu: PSJ - 4, "Arsenal" - 4, "Ludoqorets" - 1, "Bazel" - 1.

    B qrupu

    22:45. "Beşiktaş" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 1:1

    Qollar: Rikardo Quaresma, 29 - Viktor Çiqankov, 65

    22:45. "Napoli" (İtaliya) - "Benfika" (Portuqaliya) - 4:2

    Qollar: Marek Hamşik, 20, Dries Martins, 51, 58, Arkadiuş Milik, 54-pen - Qonsalo Quedes, 41, Eduardo Salvio, 86

    Xal durumu: "Napoli" - 6, "Beşiktaş" - 2, "Dinamo" - 1, "Benfika" - 1.

    C qrupu

    22:45. "Borussiya" (Münhenqladbax, Almaniya) - "Barselona" (İspaniya) - 1:2

    Qollar: Torqan Azar, 34 - Arda Turan, 65, Jerard Pike, 74

    22:45. "Seltik" (Şotlandiya) - "Mançester Siti" (İngiltərə) - 3:3

    Qollar: Musa Dembele, 3, Rəhim Sterlinq, 20-öz qapısına, Stuart Armstronq, 58 - Fernandinyo, 12, Rəhim Sterlinq, 28, Duran Nolito, 55

    Xal durumu: "Barselona" - 6, "Mançester Siti" - 4, "Seltik" - 1, "Borussiya" - 0.

    D qrupu

    22:45. "Ateltiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) - 1:0

    Qol: Yannik Karrasko, 35

    22:45. "Rostov" (Rusiya) - PSV (Hollandiya) - 2:2

    Qollar: Dmitri Poloz, 8, 37 - Devi Propper, 14, Lük de Yonq, 45

    Xal durumu: "Atletiko" - 3, "Bavariya" - 3, PSV - 1, "Rostov" - 1.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi