UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb Bakı. 8 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.
Futbol
8 Noyabr , 2018 10:10
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb

Bakı. 8 noyabr. REPORT.AZ/ UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədləri açıqlayıb.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, IV turun matçlarından sonra ən yaxşı oyunçu adına serbiyalı Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), fransalı Kərim Benzema (“Real Madrid”, İspaniya), əlcəzairli Riyad Mahrez (“Mançester Siti”, İngiltərə) və ingiltərəli Harri Keyn (“Tottenhem”, İngiltərə) iddia edir.

Həftənin ən yaxşı qoluna da 4 namizəd var. Bunlar portuqaliyalı Kriştianu Ronaldu (”Yuventus”, İtaliya), Milan Pavkov (“Srvena Zvezda”, Serbiya), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və brazilyalı Otavio Edmilsonun (“Porto” Portuqaliya) qollarıdır.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək. 

Son xəbərlər

Orphus sistemi