Yuxarı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb
İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu qalib olub

Bakı. 29 sentyabr. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb. 

“Report” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İspaniyanın “Real Madrid” komandasının hücumçusu Kriştianu Ronaldu qalib olub.

O, qrup mərhələsinin II turu çərçivəsində İspaniya təmsilçisinin Dortmund “Borussiya”sını 3:1 hesabı ilə məğlub etdiyi görüşdə dubla imza atması sayəsində ən yaxşı seçilib.

Qeyd edək ki, K.Ronaldu Lionel Messi və Neymarla birgə 2017-ci ilin ən yaxşı oyunçusu olmağa namizəddir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi